İKT-də qızlar günü mövzusunda tədbir keçirilib

  • 26 Aprel 2019

Bütün dünya ictimaiyyəti kimi Azərbaycanda da aprelin 25-I “İKT-də qızlar” günü kimi qeyd edilir.

Chip.az xəbər verir ki, bu məqsədlə 25 aprel tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “CHİP.AZ” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar : imkanlar və perspektivlər”  mövzusunda tədbir keçirilib.

Tədbirdə “İT sahəsində müasir trendlər”-dən “CHİP.AZ” jurnalının redaktoru Sevinc Baba-zadə,  “Sosial şəbəkələrdə biznes” mövzusunda “CHİP.AZ” jurnalının redaktoru  Xəyalə Nəsirli, “Qızlar üçün İKT-də karyera yolu” istiqamətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi”nin nümayəndəsi Ayaz Kərimov, eləcə  də “AREA” Robotexnika və Mühəndislik Akademiyasının təmsilçiləri “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə təlimlər keçirilib.

 

Təlimdə bildirilib ki, son illərdə “İKT-də qızlar” günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək bir günlük tədbir formatındann qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.

Qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İKT-də qızlar” gününün keçirilməsinin məqsədi qızların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində öz imzalarını tanıtmağa,  mövcud sahədə rast gəlinən gender bərabərliyini aradan qaldırmaqdır. Bu texnologiyalardan istifadə imkanına malik olan qız və qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır