Samsung çip istehsalına 116 milyard dollar büdcə ayırıb

  • 24 Aprel 2019
  • 63

Böyük şirkətlər arasındakı mübarizə müxtəlif sahələrdə davam etdirilir.

Chip.az  xəbər verir ki, bu səbəbdəndir ki, kompüter sənayesində rəqabət aparan şirkətlər smartfon bazarında üstünlüyü ələ almağa başladılar. Növbəti  maraq yaradan rəqabət sahəsi  isə ağıllı telefon çipləri daha doğrusu mobil çiplərdir. Getdikcə daha da kiçilən bu çiplərin cihazlarda az yer tutması ilə seçilməyə başladı. Eyni zamanda digər yeni texno kəşflərə də şərait yaradır.

Bütün bu dəyişikliklər mobil çiplər üçün böyük bir mübarizənin əlamətidir. Gələcək biznes planlarını indidən quran “Samsung”şirkəti bu sektorda artıq mövqeyini almağa başlayıb.  Şirkətin verdiyi açıqlamada artıq növbəti  on ildə həyata keçiriləcək layihələrinin sistemi müəyyən olunduğu bildirilib.

2030-cu ildə ən böyük çip istehsalçısı olmağı planlaşdıran Koreya nəhəngi bu məqsədlə 116 milyard dollar büdcə ayırıb. “Samsung”un Exynos çipləri uzun illər bazarda gözlənilən müvəffəqiyyətə nail ola bilməmişdi.

Buna baxmayaraq mövcud sektorda üstünlüyü ələ alan “Samsung” bazarda  hakim mövqedə olmağa çalışır. Bu il “Galaxy S10” və “Galaxy Fold” satışından gözlənilən gəliri əldə etməyən şirkət bu sahədən gələn gəlirlərə ümid edir. Hətta “Apple”  də ən böyük rəqibinin ekran və yaddaş çipini istifadə edir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Twitter-ə yeni funksiya əlavə edilib

Chip.az xəbər verir ki, “Twitter” “retweet” edilən məlumatların məzmununa foto, video və ya GIF əlavə etməyə imkan verən yeni xüsusiyyət əlavə edib. Söz

Xərçəngin yeni müalicə üsulu: xəstəliyə qarşı dərmanı toyuqlar yumurtlayacaq

Qeyd edək ki, son vaxtlar genetik dəyişikliklərlə bağlı çoxlu informasiya yayımlanır. Chip.az bildirir ki, bu dəfə ki, xəbər isə xərçəngi müalicə edən yumurt

Bakıya 70 ədəd "Avro 6" sərnişin avtobusu gətirilir

Chip.az xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki. şirkət bu barədə tədbirlərini davam

NETTY2019 ərizələrin qəbulunu davam edir və sualara cavab verir

Chip.az xəbər verir ki, müsabiqə iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması 15 may 2019-ci il tarixədək

“Ağıllı” arabalar əlçatan olacaq

xarici media istinadən artıq supermarketlərin alıcıları məhsulla dolu arabanı özləri ilə daşımalı olmayacaqlar. Toplanmış bütün məhsulları kassaya xüsusi robot daşıy