Tarixdə ilk dəfə Marsda zəlzələ səsi qeydə alınıb (Video)

  • 24 Aprel 2019

Kosmik obyektlərin kəşf edilməsi üçün qonşu planetlərə və göy cisimlərinə müəyyən vasitələr göndərilir.

Chip.az  xəbər verir ki, 2016-cı ildə NASA tərəfindən kosmosa göndərilən vasitələr arasında “InSight” tarixdə ilk dəfə olaraq Marsda baş verən zəlzələni qeydə almağı  bacardı. Bu hadisə “InSight “qarşısında uzanan böyük yolda kiçik addım kimi görünsə də gələcək inkişafın təməlini qoydu.

Müəyyən vaxtdan sonra sözü gedən cihazın işləməsində problemlər yaranır və vasitə planetin səthində lazımi dərinlikdə bir çuxur qazmağı bacara bilmir. Buna baxmayaraq  vasitənin yararlana biləcəyi digər avadanlıqlar da mövcuddur. Aşağıdakı videoda “InSight”ın qeydə aldığı bəzi maraqlı səslər yer alır. Alimlər bu səslərin Marsda müşahidə olunan ilk zəlzələyə aid olduğunu düşünürlər.

“Insight”in tədqiqatçısı Bruce Banerott indiyə qədər sadəcə fon səsləri qeydə ala bildiklərini bildirib. bu Cihazın SEIS adlı avadanlığı ilə qeydə alınan səslər Mars seysmologiyasını araşdırmaq üçün yenilik oldu. İki illik missiyasının 6 ayını geridə qoyan vasitənin yeni kəşflər etməsi gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır