Chip.az bildirir ki,enerji baxımından 5.000 mAh batareyası və 18W sürətli şarj dəstəyi ilə, həmçinin, 89% ekran/gövdə nisbəti təqdim edən 6,35 düymlük ekranı ilə Vivo Y17 istifadəçilərin tələbatını ödəyə biləcək kimi görünür.

Vivo Y17-nin başqa bir xüsusiyyəti də üçlü arxa kameraya sahib olmasıdır. 12 meqapiksel ana kamera, 8 meqapiksel geniş bucaqlı linzası və 2 meqapikselli dərinlik sensoru sayəsində Vivo Y17, olduqca keyfiyyətli fotoşəkil çəkmə imkanı yaradır. Bundan əlavə, üz gözəlləşdirmə dəstəyi ilə 20 meqapiksellik ön selfie kamera ilə təchiz olunub. Vivo Y17 MediaTek Helio P35 prosessoru ilə 4 GB RAM, 128 GB yaddaşa sahibdir.
Viva Y17 1544 x 720 piksellik 6.35 düym HD + LCD ekran, Android 9.0 Pie əməliyyat sistemi 12MP + 8MP + 2MP üçlü arxa kamera, 20MP ön kamera, 2.4G + 5G Wi-Fi, Bluetooth 5.0, USB 2.0, GPS, FM, 4G LTE ilə mavi və bənövşəyi olmaqla iki ayrı rəngdə satışa buraxılacaq. 8,92 mm qalınlığa və 190,5 q çəkili smartfon 260 dollara satışa buraxılacaq.
Sevinc Baba-zadə