Will Smithin yer aldığı Gemini Man filminin fraqmenti yayımlandı

  • 24 Aprel 2019

Chip.az xəbər verir ki, filmdə məşhur aktyor Will Smithin canlandırdığı bu obraz özündən 25 yaş kiçik oxşarı ilə üz-üzə gəlir. Brogindən fiziki cəhətdən güclü olan bənzəri onun hər  addımını öncədən müəyyən edə bilir.

Hər ikisi mübarizə aparmaqdan məmnun olmasa da, bu onları bir-birinə qarşı döyüşməkdən çəkindirmir. Filmin fragmanındakı görüntülərə əsasən Brogin gənc klonun motosikletini götürərək vəziyyəti gərginləşdirir. Bununla da aradakı mübarizə daha da kəskinləşir.

 “Tiger” və “Dragon” kimi məşhur filmlərin rejisoru olan Ang Lee burada da eyni funksiyasını yerinə yetirir. Filmdə həmçinin “Sin City”nin Clive Oweni, “Fargo”nun Meri Elizabethi,  “Winstead və Doktor Strange”in Benedikt Vonnisi kimi simalar da yer alıb. Sözü gedən film təqdimatının “Walt Disney Pictures” tərəfindən təşkili gözlənilsə də hazırda “Skydance Media” və “Paramount Pictures” şirkətlərinin adları da bu siyahıda var.

Filmin görüntülərini izləmək üçün aşağıdakı lində daxil ola bilərsiniz:

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər