Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Rabitə sərgisində iştirak edir

  • 24 Aprel 2019
  • 58


Chip.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

 Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir.


 
Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir.

Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir. Sərgi aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançası sayılır.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Günə 1000 dollar qazanan youtuber: Makenna Kelly

YouTube təkcə böyüklər üçün deyil, gənclər və hətta uşaqlar üçün də bir iş platformasına çevrilib.

Chip.az bildirir ki, ASMR videoları ilə maraq oya

Google cihazlarında istifadə olunan materiallar haqqında video yayımladı

Hər il bazara təqdim olunan və təmiz Android əməliyyat sisteminə malik olan ağıllı telefonları ilə ən müvəffəqiyyətli Android təcrübəsini son istifadəçiyə təqdim etm

Hesab.az sosial layihələrə dəstək olur

GoldenPay şirkəti- Hesab.az olayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıq

Kompüter elmləri sahəsində ən məşhur amerikalı

Bu dəfə "Persona" rubrikasında haqqında məlumat verəcəyimiz Ayven Eduard Sazerlend kompüter elmləri sahəsində görkəmli alimlərdən biridir. O, "Sketchpad" adlı ilk interaktiv q

Elektriklə işləyən çamadan

Çinli ixtiraçı He Lianqçai, saatda 20 kilometr sürət yığa bilən və elektriklə işləyən çamadan-motosiklet icad etdi.

Chip.az deyerler.org-a istinadən bi