Tesla sükansız idarə olunacaq avtomobil modelini təqdim edib

  • 24 Aprel 2019

Chip.az  xəbər verir ki,  “Tesla”nın  hazırladığı ağıllı və pilotsuz avtomobillər rəqiblərindən tamamilə fərqlənən modellərdir. Şirkət zəruri avadanlıqları olan və bu gün normal bir nəqliyyat vastəsi kimi istifadə edilə biləcək elektrikli avtomobillər istehsal edərək satır.

“General Motors” şirkəti yaxın günlərdə avtonom “Bolt EV” avtomobilini təqdim edərək məhsulun sükan çarxı olmayacağını bildirmişdi.

“Tesla” da özünün eyni formatlı avtomobilinin tanıtımını həyata keçirib. Sükan hissəsi boş qalan nəqliyyat vastəsinin robotlar tərəfindən idarə edilməsi düşünülüb. Sözü gedən avtomobillərə insanlar tərəfindən maraq çox olacağı təqdirdə gələcəkdə daxili sistemində dəyişikliklər də ediləcəyi gözlənilir.

Elon Musk gələcəkdə sükanların ümumiyyətlə  aradan qaldırılacağını və bu istəyi müştərilərin tələb edəcəyini bildirib.

Bundan başqa maraqlı bir sual ortaya çıxır ki, əgər bu avtomobilləri sırf robotlar idarə edəcəksə niyə məhsulun hazırlanmasında arxa tərəfi görmək üçün mövcud olan güzgülərdən də istifadə olunub.  Çox güman ki, yeni model olaraq təqdim olunduğuna görə hələki insanlarda maraq oyadıb oyatmayacağını test edirlər. Çünkü Elon Musk avtomobil sahiblərinin zövqünə uyğun olaraq sükanın sökülə biləcəyini də qeyd etmişdi.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər