Həftələrlə davam edən müzakirələrdən sonra Çin texnologiya nəhəngi “Lenovo Z6 Pro” smartfonunu rəsmi olaraq təqdim etdi.
Chip.az xəbər verir ki, “Lenovo Z6 Pro”nun ən diqqətə layiq xüsusiyyəti arxa tərəfində dörd kamera ilə qurulmasıdır. Cihazın əsas kamerası 48 meqapiksellik görüntü qeydə alma imkanına sahip olsa da, “Qualcomm Snapdragon 855” işləmə prosessoru və şəkil emal bölməsi “Lenovo Z6 Pro”nun 100 meqapikselli şəkillər çəkməsini təmin edir.

Cihazın ön hissəsindəki selfie və arxa tərəfindəki dörd kamera süni intelektlə idarə olunur. Bu sahə tanınması kimi funksiyaları yerinə yetirərkən optimal kamera parametrlərinin avtomatik olaraq yaradılmasına imkan verir. Ekranda biometrik təhlükəsizlik cihazı kimi quraşdırılmış barmaq izi skaneri də var.
“Lenovo Z6 Pro”nun xüsusiyyətləri
Qualcomm Snapdragon 855 prosessoru, Adreno 640 GPU
6 GB, 8 GB, 12 GB RAM / 512 GB daxili yaddaş saxlayır
HDR10 dəstəyi ilə 6.4 düymlük Full HD + AMOLED ekran
48 MP, f / 1.8 əsas kamera + 16 MP geniş açılan lens + 8 MP telefoto lens + 2 MP ToF dördüncü arxa kamera
32 MP ön kamera
4G VoLTE, Wi-Fi, Bluetooth 5.0
Android 9.0 Pie
4,000 mAh batareya

Məhsulun qara və mavi kimi iki rəng seçimli modellərinin qiyməti vergi istisna olmaqla aşağıdakı kimi olacaq:
6 GB RAM + 128 GB yaddaş – 734,86 manat
8 GB RAM + 128 GB yaddaş – 760,03 manat
8 GB RAM + 256 GB yaddaş – 962,76 manat
12 GB RAM + 512 GB yaddaş – 1267 manat
Aida İSAQ