Tesla gələn il 1 milyon robot-taksi istifadəyə verəcək

  • 23 Aprel 2019

Chip.az xəbər verir ki, məşhur sahibkardan verilən açıqlamaya görə istifadəyə veriləcək yeni robot-taksi xidməti “Uber” və “Lyft” kimi nəqliyyat şirkətlərinə rəqib olmağı planlaşdırır. Sürücüdən istifadə olunmaması şirkətin bu istiqamətdə  ən böyük üstünlüyü olacaq .

Elon Musk “Növbət ildə 1 milyondan çox robot-taksiyə sahib olacağıq”-deyə bildirib. Eyni zamanda hər hansı bir “Tesla” avtomobil sahibinin vasitəsini robot-taksiyə çevirmək üçün şirkətin tətbiqini istifadə edərək Tesla Network platformasına əlavə etməsinin vacib olduğunu əlavə edib. Şirkət qanuni məhdudiyyətlər səbəbiylə xidmətin icrasına ilk olaraq bölgələrdən başlayacağını qeyd edib.

Şirkətin hesablamalarına görə sıravi taksilər 1,6 kilometr məsafə üçün təxminən 2-3 dollar civarında maliyyə qazanır. “Tesla” avtomobilləri isə eyni məsafəyə təxminən 0,18 dollar həcmində xidmət göstərəcək . Beləliklə nəqliyyat vasitəsi sahibinin ildə 30 min dollar qazanması gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır