Samsung şirkətinə məxsus Galaxy View 2-nin xüsusiyyətləri açıqlandı

  • 23 Aprel 2019

Chip.az xəbər verir ki, "Samsung" şirkətinin Galaxy View 2 sistemi üzərində işlədiyi məlum olsa da yeni planşet istifadəyə verəcəyi haqqında hər hansısa bir informasiya verilmirdi. Şirkətin planşeti nəvaxt istifadəyə verəcəyi dəqiq deyilməsə də artıq məhsulun özəl xüsusiyyətləri təqdim olunub. 

"Samsung"un yeni Galaxy View 2 planşeti:

Planşet 17.5 düymlük ekranla Galaxy View-dən (18.4 düym) bir qədər kiçik dizaynda hazırlanıb. Məhsulun oval dəliyi ona biraz da fərqlilik qatıb. Exynos 7885 prosessorunun istifadə ediləcəyi planşet  64 GB yaddaşa və 3 GB RAM-a malikdir.

"Samsung"un yeni planşet modeli olan Galaxy View 2 ilə bağlı digər məlumatlar gizli saxlanılır. Nə vaxt istifadəyə veriləcəyi və qiymətinin hansı məbləğdə olacağı açıqlanmayıb. Ümumilikdə isə ilk olaraq A&T adlı telekommunikasiya şirkəti üçün istehsal olunacaq modelin ictimaiyyətə açıq şəkildə istifadəyə veriləcəyi isə hələki məlum deyil.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır