Tesla şirkətinə məxsus avtomobil özü-özünə alovlanıb

  • 22 Aprel 2019

Chip.az  xəbər verir ki, elektrik maşınlarının benzinlə çalışan  avtomobillərdən daha çox yanması ilə bağlı hər hansısa rəsmi statistika da yoxdur. Buna baxmayaraq,  “Tesla avtomobili yandı” xəbəri hər kəsin diqqətini cəlb etdi.

Embedded video

Şanxayda (Çin) park edilmiş Tesla maşını özü-özünə alovlanıb. Təhlükəsizlik kameralarında əks olunan görüntülərə əsasən yanğın nəqliyyat vasitəsinin alt tərəfindən başlayıb. Bununla da hadisənin baş verməsinə ilkin səbəb olaraq bateriyanın olduğu göstərilir. Görüntülərdə yanğın zamanı nəqliyyat vasitəsinin şarj etməsi ilə bağlı hər hansısa məlumat yoxdur.

Yuxarda qeyd etdiyimizkimi, avtomobilin yanması qeyri-adi hadisə olmasa da, amma anidən alovlanması hərkəsi təəcübləndirib. Şirkət  hadisə ilə əlaqədar istintaq tamamlandıqdan sonra daha detallı məlumatların veriləcəyini bildirib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır