PUBG oyununda pul qazanmağın üsulları

  • 22 Aprel 2019
  • 70

PUBG mobil oyunu milyonlarla istifadəçisi olan məşhur oyun sistemidir.

Chip.az  xəbər verir ki, asılılıq yaratdığına görə bəzi ölkələrdə qadağan edilsə də bu proqramın istifadəçiləri hər ötən gün artmaqda davam edir.  Mobil oyun sistemi istifadəçilərə müəyyən miqdarda pul qazanmaq şansını da verir. Sözü gedən prosesin müxtəlif yolları vardır ki, aşağıda bu haqqda məlumat ala bilərsiniz :

1)Oyun üçün hazırlaşın:

PUBG oynayarkən smartfonlarınızı qorumaq üçün arxa planda lazımsız işləyən tətbiqləri bağlamaq tələb olunur. Batareya qənaət rejimini, gecə rejimini, avtomatik parlaqlıq və  məlumat qənaətini söndürün. Rəqibi daha sürətli zaman müddətində məğlub etmək üçün bağlantınızın daimi olacağından əmin olun. Digər oyunlarında olduğu kimi PUBG-da  da  qulaqlıqlardan istifadə etmək məsləhətlidir. Çünki bu rəqibinizin qaçdığı yeri və hücuma keçməsini müəyyən etməyə çox yardımçı olacaq.

2)Ayarlar:

Oyuna başlamazdan əvvəl parametrlərin qaydasında olduğunu yoxlayın. “Başla” düyməsinin aşağısında yerləşən oyun parametrlərinə daxil olaraq ən aşağı pinq dəyəri olan serveri seçin. Lobiyə gələrək ekranın sağ tərəfindəki çarx düyməsindəki parametrləri açın:

  • Ümumi seçimlərdə Rearview & Fire'i aktivləşdirin. Beləliklə, divarın arxasından gizlənib atəş açaraq vurulma riskini azalda bilərsiniz.
  • Gyroscope seçimini “Dürbünləri Aç” olaraq ayarlayın. Bu seçimi aktivləşdirdiyiniz zaman dürbünləri açarkən telefonu yuxarı və ya aşağı hərəkət etdirərəkən durbin də eyni istiqamətlərə çevriləcək. Ümumən Gyroscope baş zərbələri zamanı və rəqibi vurmaq üçün böyük əhəmiyyət kəsb edir.

Sağ tərəfdəki Qrafiklər bölümünə daxil olun:

Cihazınızın işləmə funksiyasına görə qrafik keyfiyyəti artırmaq və ya daha yüksək FPS (saniyədə bir kvadrat) dəyərində olmasını istəyirsizsə bu seçimi "Fluent Cihaz" kimi qeyd edə bilərsiniz. Kvadrat dərəcəsi bölməsində cihazınız orta və ya yuxarı seqmentə aiddirsə “Too High” seçməyiniz həm düzgün oyun təcrübəsi qazanmağa həm də vaxtınızı əyləncəli keçirməyə imkan verəcək. “Styler” oyunçunun zövqünə uyğun olaraq tənzimlənib. Fərqli rəng sistemindən istifadə etmək rəqibləri ayırd etməyi asanlaşdıracaq. Cihazınız yuxarı seqmentə aiddirsə hamarlaşdırma parametrini aktivləşdirmək məsləhət görülür.

Sağ tərəfdə "Kontrollar"bölməsinə daxil olun:

Cihazınız 3D toxunuş funksiyasını (təzyiqə həssas toxunma) dəstəkləyirsə onu aktivləşdirin. 3D toxunuşu aktivləşdirdiyiniz zaman barmağınızı nişan və yanğın düyməsinə vuraraq sürüşdürün . Ekran dəyişərkən barmağınızı basdığınızda atəş aça biləcəksiniz. Beləliklə daha məqsədə uyğun şəkildə atəş funksiyalarını yerinə yetirə bilərsiniz.

Sağdakı "Həssaslıq" bölməsinə daxil olun:

Gyroscope seçimini  “Dürbün Aç” olaraq aktivləşdirdiyiniz zaman ekranın sürət parametrlərini təyin edə bilərsiniz. “Dürübün”ü açarkən telefonu yüngül bir şəkildə hərəkət etdirərkən bu menyuda olan faizlərlə ekranın nə dərəcədə dəyişəcəyini tənzimləyə bilərsiniz.

3)Oyun rejimlərini araşdırın:

Oyunda Erangel, Miramir, Sanhok və Vikendi adlı cəmi 4 xəritə var. “Xəritəni seç” bölməsində istədiyiniz xəritə və ya xəritələri seçin. İstifadə etməyəcəyiniz xəritələri isə silin. Bu yolla siz tanış olmayan xəritələrdə oynamırsınız və daha keyfiyyətli bir oyun performansı göstərəcəksiniz.

4)Təyyarədən tullanmaq üçün doğru zaman seçin:

Xəritədə təyyarənin hara gedəcəyini görə bilərsiniz. Uzaq bir nöqtəyə tullanmağınız oyunun əvvəlində  rəqiblərlə qarşılaşma şansınızı azaldacaq və qısa zaman ərzində daha çox element toplamaq üçün şərait yaradacaq. Daha uzağa düşmək üçün paraşütü yerə yaxınlaşmadan aça bilərsiniz.

5.Xəritəylə işləyin :

Unutmayın ki, xəritədə işarələnən yerlər oyun zamanı ekranda pusquda olarkən asanlıqla görünəcəkdir. Bu şəkildə xəritəni yenidən açmadan istiqaməti sürətli bir şəkildə təyin edə bilərsiniz.

6)Avtomatik toplamanı aktivləşdirin:

Əgər əşyaları seçməklə məşğul olmaq istəmirsinizsə, bu seçimi aktivləşdirmək işinizi yüngülləşdirəcək.

7)Düzgün silahlanın:

Eyni vaxtda 2 ədəd silahdan istifadə etməklə 2 avtomatik tüfənglə hərəkət etmək məntiqli qərar olmaz. Qeyd edək ki, oyunçulara pul qazandıran cütlərdən birinin SMG digərinin avtomatik tüfəng (AR)olduğu bildirilir.

8)Gələcəkdə lazım ola biləcək əşyalar yığın:

Yerdə durbin görərkən onları götürməkdən çəkinməyin. Çantanızda boş yeriniz olmadığı zaman dürbünləri atmaq olar. Ancaq həmin zamana qədər əlinizə keçən silaha taxacağınız dürbün oyundan yaxşı nəticə əldə etmənizə köməklik edəcək.

9)Səsboğuculardan istifadə edin:

Oyunda ən yaxşı metodlardan sayılan səsboğucudan istifadə qarşı tərəfin fikrini yayındıra bilər. Beləliklə, rəqib sizin hansı istiqamətdən atəş açdığınızı axtararkən üstünlüyü ələ ala bilərsiniz.

10)Kilidləmə:

Uzun bir məsafəyə səyahət etdikdə sol baş barmağınızla idarə etdiyiniz “Joystick” düyməsini basın və onu işləmə rejiminə salın. Bu yolla növbəti müdaxiləyə qədər sizin sisteminiz eyni istiqamətdə işləyəcək və sizi çətinliklərdən xilas edəcək. Daha sürətli çalışmaq üçün enerjili içkilərdən də istifadə edə bilərsiniz.

11)Müdafiyə atəşi açın:

Düşmənlər komanda yoldaşınıza tərəf yönəlibsə bölgədən qaçması lazımdırsa, atəş açaraq rəqibin gizlənməsinə icazə verə bilərsiniz. Bununla da komanda yoldaşınızın qaçması üçün şərait yaranacaq

12)Körpülərə diqqət yetirin:

PUBG-da körpülər həmişə ən böyük problem olaraq qalır. Əvvəl körpünü yoxlayın və sonra keçid edin. Çünkü rəqib pusquda ola bilər. Əgər körpüdən keçmək vacibdirsə, siz də pusqu quraraq həmlə edə bilərsiniz.

13)Sağ üst tərəfdə xəritəyə baxın:

Xəritə deyib keçməyin. Rəqibinizin ayaq səslərini eşitməyiniz mütləq deyil. Çünkü düşmən sizə yaxınlaşarkən oyunun sağ üst hissəsində xəritədə izlər görünür. Ayaq səsləri kimi mərminin gəldiyi yeri də xəritədən müəyyən edə bilərsiniz. Bu da vəziyyətə uyğun şəkildə hərəkətə keçə bilmənizi təmin edir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Texnologiya

Yaponiyada uçan avtomobil test edilib

Hazırki texnologiyada uçan nəqliyyat vasitələri artıq təxəyyül deyil. İlk cəhdini keçən həftə müvəffəqiyyətlə həyata keçirən NEC şirkətinin uçan aparatı yerdən

Alimlər qırpıla bilən insan gözü hazırladı

Alimlər, insan gözünün mürəkkəb quruluşunu müəyyən dərəcədə təqlid edən və göz qırpa bilən süni göz hazı

Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izin

Oppo-nın ilk qatlana bilən ekranlı ağıllı saat konseptini təqdim edirik

Ağıllı saat bazarında uzun müddətdir ki, hakimiyyəti əlində saxlayan Apple və ən böyük rəqibi Samsung, yeni bir rəqiblə mübarizə aparacaq. 

Tarixdə ilk dəfə fikirləri anında sözlərə çevirən cihaz hazırlandı

Chip.az bildirir ki, Facebook tərəfindən də dəstəklənən yeni bir araşdırma sayəsində