Nokia yeni smartfon üzərində işləyir

  • 22 Aprel 2019

Chip.az bildirir ki, Nokia adı altında ağıllı telefonlarını bazara sürən HMD Qlobaldan yeni bir ağıllı telefon gəlir. Birdən çox model nömrəsinə malik olması səbəbiylə müxtəlif modellərlə tanıdılması gözlənilən cihazın texniki xüsusiyyətləri də aldığı sertifikat sayəsində ortaya çıxdı.

Belə ki, Nokia TA-1184 kod adı ilə çıxan ağıllı telefonun TA-1183 TA-1188 kimi modellərə də sahib olduğu bildirilib. TA-1188 kod adlı modelin qlobal bazara, TA-1183 və TA-1184-ün isə Çin və Hindistan bazarında satışa buraxılacağı ehtimal edilir.

Sertifikatlarda "Çöl Arısı" (Wasp) şəklində kod adı verilən Nokia TA-1184-ün; 3 GB RAM 32 GB daxili saxlama gücünə malik olacağı deyilir. Hündürlüyünün 145,96 mm və eninin 70,56 mm olacağı; dual SIM 2,4 GHZ Wi-Fi dəstəyi olacağı da bildirilir. Batareyasının ekstrakt olduğu da verilən məlumatlar arasında.

6,1 düym kimi orta səviyyə qəbul edilə bilər bir ekranla gəlməsi gözlənilən ağıllı telefonun, çəntikli olub-olmayacağı bəlli deyil. Digər dizayn xüsusiyyətləri haqqında da bir məlumat yoxdur. Orta segment yeni Nokia ağıllı telefonun yaxın aylarda təqdim olunması gözlənilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır