Chip.az Concept Creator-a istinad edərək, hazırda haqqında məhdud məlumatlar olan Samsung-un yeni premium ağıllı telefonu - Galaxy Note10-nun necə görünəcəyi haqqında fikir sahibi olmağınızı təmin edir.
Concept Creator tərəfindən yayımlanan konsepsiya Galaxy Note10 dizaynının Samsungun Galaxy S10 seriyasına görə daha künclü bir ağıllı telefon olacağını göstərir. Cihazın dörd bir kənarında yerləşən çərçivələr əhəmiyyətli dərəcədə incəldilmiş olsa da, girdə ekran iti bucaqlarla birləşəndə yoğun künc çərçivələrin yaranmasına səbəb olur.

Samsung, Galaxy Note10-un kamerasını Galaxy S10a görə inkişaf etdirəcək və cihaz, dördlü arxa kamera quruluşuna malik olacaq. Galaxy Note10 Qualcomm Snapdragon 855 prosessorundan güc alır. Avropa bu prosessor Exynos 9820 ilə dəyişdiriləcək. Cihazda Snapdragon X50 modem olacaq ki, bu da Galaxy Note10-un 5G dəstəyi ilə birlikdə gələcəyini göstərir.
Sevinc Baba-zadə