Apple şirkəti məhkəmədə saat istehsalçısına məğlub oldu

  • 22 Aprel 2019

Chip.az  xəbər verir ki, Apple İsveçrəyə məxsus "Swatch" şirkətinin “One more thing” cümləsini istifadə etməsinin qaydalara zidd olması ilə bağlı məhkəmədə ifadə verib. Apple bu cümləni  "Swatch"-a qadağan olunmasını istəməsinə  səbəb olaraq Steve Jobs-un "Apple Keynotes"in istifadəsi zamanı bunu müntəzəm olaraq tətbiq etməsini göstərib. Apple bu ifadənin onların ticarət nişanı olduğunu qeyd edib.

Swatch isə sözü gedən cümləni  “Just one more thing”  formasında TV detektifi Columbonun tez-tez ifadə etdiyini vurğulayaraq adı çəkilən şəxsdən götürdüklərini bildirib.

Hər iki tərəfi dinləyən məhkəmə hakimi Adrian Richards isə "Apple"nin iddialarına qarşı "Swatch"ın lehinə qərar verərək texnologiya nəhənginin saat istehsalçısına təzminant ödəməli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, şirkət Avstraliyada olduğu kimi İsveçrədə keçirilən oxşar məhkəmədə də saat istehsalçısına məğlub olmuşdu. Həmin məhkəmədə isə Apple "Swatch"a "Tick Different" cümləsinin istifadəsi ilə əlaqədar iddia qaldırmışdı. Apple “Tick Different “ süarının onlara məxsus olduğunu bildirsə də, məhkəmə "Swatch"ın xeyrinə qərar vermişdi.

Bütün bunlara baxmayaraq, Apple məhkəmə çəkişmələrində  qazanan tərəf olmasada mövcud sektorda üstünlüyü ələ alaraq saat satışı sənayesində İsveçrə nəhəngini qabaqlaya bildi.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır