Will Smith e-idman dünyasına böyük məbləğdə investisiya ayırıb

  • 20 Aprel 2019

Chip.az  xəbər verir ki, Koreyada keçirilən League of Legends müsabiqəsində mübarizə aparan G.Genin komandası böyük məbləğdə maliyyə yardımı əldə edib. Cənubi Koreyada fəaliyyət göstərən məşhur e-idman klubu yeni fond açaraq böyük bir miqdar pul qazanmağı bacarıb. Son dövrlər gözə çarpacaq işlər təqdim etməyən G.Genin bu investisiyadan sonra fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Fondun ən böyük tərəfdaşlarından biri məşhur Hollivud ulduzu Will Smithdir. Klub rəhbərliyində ciddi bir mövqeyə sahib olan Smithin köməyi ilə Yapon futbolçu Keisuke Honda səhmdarlar arasında yer alıb.

Mövzuyla əlaqədar danışan Honda  bu işə başlamağın həyəcanlı olduğunu və e-idmanın Yaponiyada inkişaf etdiyini bildirib. Gen.G-nin yatırımçıları siyahısına məşhur NBA komandası “Los Angeles Clippers”dən Dennis Wong da daxildir. Will Smith və Keisuke Hondadan sonra  digər məşhurların da e-idman dünyasına böyük investisiya yatıracaqları gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır