Veygo şirkəti ən populyar maşınlardan ibarət siyahını təqdim edib

  • 20 Aprel 2019

ABŞ-da avtomobil sənayesinin öndə gedən şirkətlərindən olan Veygo  məşhur avtomobillərin yeni siyahısını paylaşıb.

Chip.az xəbər verir ki, sosial medianın ən böyük platformalarından biri olan Instagram vastəsilə avtomobil həvəskarlarında ən çox maraq oyadan adların siyahısını təqdim edib. Belə ki, sözü gedən  şirkət bəzi modellərin adı olan etiketlər paylaşaraq gələn reaksiyalara nəzər yetirib. Bununla da sosial məkanda ən çox axtarılan avtomobil listinin birinci yerində Ford Mustang markasının yer aldığı məlum olub.

10. Audi R8 - #audir8 | #r8 (Etiket sayı 2.900.314)

9. Lamborghini Aventador - #lamborghiniaventador | #aventador (Etiket sayı 3.085.336)

8. BMW M4 - #bmwm4 | #m4 (Etiket sayı 3.432.052)

7. Chevrolet Corvette - #corvette | #vette (Etiket sayı 3.963.740)

6. Chevrolet Camaro - #chevycamaro | #camaro   (Etiket sayı 4.686.969)

5. Jeep Wrangler - #jeepwrangler | #wrangler (Etiket sayı 5.137.019)

4. BMW M3 - #bmwm3 | #m3 (Etiket sayı 5.817.457)

3. Nissan GT-R - #nissangtr | #gtr (Etiket sayı 7.019.123)

2. Honda Civic - #hondacivic | #civic (Etiket sayı 7.019.123)

1. Ford Mustang - #fordmustang | #mustang (Etiket sayı 7.019.123)

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır