Xiomi telefonları 17 dəqiqəyə şarj edəcək cihaz istehsal edib

  • 20 Aprel 2019

Chip.az xəbər verir ki, şirkət telefonları işıq sürətli enerji ilə təmin edəcək Super Charge Turbo adlı yeni batereiya cihazını istifadəyə verib. Smartfonlara 17 dəqiqə ərzində 4 min mah bateriya yükləyən bu texnoloji məhsul həyatı sürətli yaşayanlar üçün mükəmməl təklif oldu.

Xiaomi şirkətinin təsisçisi və baş icraçı direktoru Lin Bin yeni şarj texnologiyasını kütləvi istehsala çevirmək üzərində işlərin aparıldığını və bu texnologiyadan insanların sıx istifadə edəcəyini bildirib.

Bundan başqa Xiaomi 4 min mAh batareyanı 17 dəqiqə ərzində doldurmağı təklif edərkən rəqib şirkət Oppo eyni zaman müddətində 3.700 mAh batareyanın 65%-lə təmin edə bilir. Gələcəkdə smartfonların yükləmə probleminin tamamilə aradan qaldırması ilə bərabər bateriya yığmaq prosesinin daha sürətli olacağı gözlənilir.

Sürətli şarj bateriya istehsalına iddialı şirkət olan Oppo-ya məxsus Super VOOC Flash Charge ilə Xiomi-nin Super Charge Turbo cihazını müqayisə edən video da hazırlanıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır