Honor markalı ilk noutbuk buraxılıb

  • 19 Aprel 2019
  • 52

Chip.az  xəbər verir ki, ekran 1920 х 1080 piksel təsvir ölçüsünə, 178 dərəcə baxış bucağına, 1800:1 nisbətində kontrastlığa və 16:9 tərəflər nisbətinə malikdir. Kompüter qarşısında çox vaxt keçirən istifadəçilərin görmə qabiliyyətinin qorunması və yorğunluğunun azaldılması üçün displey antibakterial örtüklə təchiz olunub və ekran işığının zərərli ultrabənövşəyi spektrini filtrdən keçirir.

 Məlumata görə, "Honor MagicBook" iki versiyada – "Intel" və "AMD" prosessorları ilə təklif olunur. Onların birincisi 14 nanometrlik texnoloji proses üzrə hazırlanan və 3,4 QHs takt tezliyini dəstəkləyən səkkizinci nəsil "Intel Core i5-8250U" çipi ilə təchiz edilib. Videokart qismində 2 giqabaytlıq "GDDR" videoyaddaşlı "Nvidia GeForce MX150" sürətləndiricisindən istifadə olunub.

Digər versiya isə yeni nəsil dördnüvəli "AMD Ryzen 5 2500U" prosessoru və "Radeon Vega8" qrafik sistemi ilə təchiz edilib ki, bu da 25 Vt (Turbo Boost rejimində 30 Vt) enerji sərfiyyatını təmin edir. 8 giqabayt tutumlu "DDR4-2400" tipli ikikanallı yaddaşın tətbiqi sayəsində oxuma/yazma sürəti 50 faiz artırılıb. Qurğu 12 saatadək təkrar enerji toplamadan işləyir.

"Honor MagicBook" noutbukunun aprelin 25-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Sabah Facebook-un bu xüsusiyyətinə son qoyulacaq

Facebook-un qrup mesajları xüsusiyyəti sabahdan etibarən aradan qaldırılır. Facebook-dan verilən məlumata görə, sabahdan etibarən istifadəçilər yalnız mesajlara baxa biləc

Göz protezləri 3D printerdə çap ediləcək

Cənubi Koreyanın Yonsei Universitetinin Severans klinikası üçölçülü çapın köməyilə yaradılmış göz protezlərinin kommersiyalaşdırılması haqqında məlumat verib.

<

Android və Chrome OS'i əvəz edəcək Fuchsia OS 5

  Bir neçə il bundan öncə Google şirkətinin gizli məhsulu barəsində məlumatla

Test məqsədli funksiyalar səhvən İnstagram hesablarına yükləndi

Chip.az bildirirki, İnstagram platformasının meneceri Adam Mosseri tərəfindən verilən açıqlamaya görə, bu funksiyalar test xar

“Google” Trampa cavab verdi

“Google” şirkəti ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib. 

Chip.Az xəbər verir ki, bu barədə “