Polislər qaydaları pozan avtomobilləri uzaq məsafədən idarə edə biləcək

  • 19 Aprel 2019
  • 50

Süni intellektlə birbaşa bağlı olan idarəetmə mexanizmləri hər ötən gün həyatımıza daha çox inteqrasiya etməkdə davam edir.

Chip.az  xəbər verir ki, müxtəlif sektorlarda müasir texnologiya metodları tətbiq olduğu kimi avtomobil yollarına nəzarət sisteminin idarə olunması da bu sıralamadan geri qalmadı. Belə ki, hazırlanan yeni sistem əsasında maşınların hərəkət trayektoriyaları izlənilməklə bərabər zəruri olduğu təqdirdə avtomobillərə müdaxilələr etmək də mümkün olacaq.

Kiçik çiplərin avtomobillərə yerləşdirilməsinin köməyi ilə tıxacda olan nəqliyyat vasitələrinin qeyd olunması insanların işini daha da yüngülləşdirəcək.  Eyni zamanda həmin çiplərin polis mərkəzlərinə ötürəcəyi məlumatlar əsasında avtomobillərdə qeyri-qanuni hərəkətləri qeyd olunacaq. Polis müdaxilə etməyi qərara aldığı halda avtomobillərin hərəkət sürətini artırmaq yaxud azaltmaq kimi funksiyaların daxil edilməsi sistemə əlavə özəllik gətirib. Əgər təhlükə daha yüksək olarsa polislər nəzarəti ələ alaraq nəqliyyat vasitəsində  yerləşən kameraların köməyi ilə avtomobili özləri müvafiq yerə qədər idarə edə biləcəklər. GPS-in köməyi ilə prosesin zərərəsizləşdirilməsində cavabdeh olan şəxslər müvafiq məlumatlarla təmin olunacaq.

Hazırda Amerikada sözü gedən sistem üzərində təkmilləşdirilmə işləri aparılır. Eyni zamanda mövcud sektorun daha effektiv şəkildə qurulması və inkişaf etdiriməsi üçün əsas avtomobil istehsalçıları ilə əlaqələr qurulur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Joker filminin 18+ olacağı təsdiqləndi

Warner Bros DC kainatını kinoda da canlandırmaq üçün çalışmalarını davam etdirir.

Chip.az xəbər verir ki, şirkət Jarde Letonun ümumiyyə

Playstation Plus İyul oyunları bəlli oldu!

Playstation Plus iyul ayı oyunları haqqında məlumat yayılıb 3 İyuldan etibarən oyunları endirə biləcksiniz.

PS4

Ödənişsiz oyun imkanını əldən buraxmayın: What Remains of Edith Finch

Chip.az bildirir ki, Epic Games, Steam platformasına  rəqib olma məqsədiylə yola çıxdığından bəri bir çox pulsuz oyunla qarşımız

Fortnite-nin 30 milyon dollar mükafatlı Dünya Çempionatının finalları başlayır

Məhşur həyatda qalma oyunlarından olan Fortnite-nin WORLD CUP (Dünya Çempionatı) finalları bu həftə sonu ərzində davam ed

Gramotkin Çernobıl filmindən gileyləndi

Gramotkin 1988-ci ildə Çernobıl nüvə stansiyasında işə başlamış və ümumi 30 ilini Çernobıl üçünn həsr etmişdir.

Chip.az xəbər veri