Alimlər özü-özünü çoxalda bilən yeni məhsul kəşf edib

  • 19 Aprel 2019
  • 62

İnsanlar və digər canlılar kimi hər ötən gün inkişaf edən texnologiya aləmi yeni kəşflərlə təəcübləndirməyə davam edir.

Chip.az  xəbər verir ki, Cornell Universitetinin mütəxəssisləri həyatın əsas xüsusiyyətlərini özündə birləşdirən yeni məhsul hazırlayıblar. Sözü gedən məhsul maddələr mübadiləsini həyata keçirərək özü-özünü çoxalda və yenidən yaratmaq qabiliyyətinə malikdir. Tədqiqatçılar bu müvəffəqiyyəti canlı xüsusiyyətləri daşıyacaq maşın istehsalının təcrübələrini apararkən müəyyən etmişlər. Təcrübələrdə hüceyrələrdən və DNT-dən istifadə edilib.

DASH  adlanan bu məhsulun istehsalı üçün yaradılan DNT hüceyrələrlə  kimyəvi reaksiyalara girərərk  materialın "həyatını" davam etdirməsinə yardımçı olur. Belə ki, məhsul fəaliyyətdə olduğu müddət ərzində özünü yeniləyə, köhnəlmiş hissələrini bərpa etməyə malik olacaq.

Tədqiqatçılar açıqlamalarında yeni canlı yaratmaq kimi bir məqsədlərinin olmadığını bildiriblər. Komanda sadəcə olaraq həyat xüsusiyyətlərinin müəyyən faizini özündə daşıyacaq bir cihazın hazırlanmasına yönəlib. Professor Dan Luonın sözlərinə görə həyati xüsusiyyətləri özündə daşıyacaq bu məhsul bu günə kimi rast gəlinməyən tamamilə fərqli sistemdə təqdim olunacaq.

Dizayn hələ ibtidai olsa da bu proses daha effektli və daha canlı maşınların istehsalı üçün başlanğıc olacaq.Tədqiqatçılar məhsulun işığa həssaslığı və özü üçün qida tapmaq üsulları üzərində işləri davam etdirirlər. Aşağıdakı video linkdə tədqiqatın əsas şəxslərindən biri olan Shogo Hamada istehsal prosesini və materialın əldə etdiyi nailiyyətləri izah edir:

https://youtu.be/mbBIljwUgtM 

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Yeni qurğu dəri vasitəsilə musiqi dinləməyə imkan verir

Dəst əl və topuqlara taxılan akkumulyatorlu iki bilərzik, kürək və çiyinlərə geyilən korsetdən ibarətdir. Sistem səs mənbəyi ilə birbaşa qarşılıqlı əlaqədə olur v

Azərbaycan startapı beynəlxalq müsabiqənin qaliblərindən oldu

Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrin

“Gaia” teleskopu qalaktikalararası ulduzlar aşkarlayıb

Bunun əvəzinə isə alimlər tərəfindən digər qalaktikalardan gəlməsi ehtimal edilən ulduzlar aşkar edilib.
Chip.az "

Tesla əməkdaşı zavodda həyatını itirdi

Son illərin diqqət çəkən şirkətlərindən biri olan Tesla, bu dəfə bir həmkarının həyatını itirməsi səbəbiylə

BİM, saxta Apple məhsulları iddialarına cavab verdi!

Araşdırma aparan vəkillərə görə, satılan məhsullar orijinal Apple məhsulları deyil, yan sənaye dediyimiz saxta məhsullardır. Bax, BİM öz veb saytı üzərindən keçirdiyi mətbua