Alimlər ilk dəfə ölmüş beyin hücüyrələrini aktivləşdirməyə nail oldular

  • 19 Aprel 2019

Beyinin fəaliyyətinin davamlılığı üçün oksigen çox vacibdir. Oksigen axını dayandırıldığında, beynin fəaliyyət dayanır və sonra hücüyrələrin ölməsi prosesi başlayır. Neyronların ölümü geri dönüşü olmayan və sonda ölümlə nəticələnən prosesdir. Lakin, artıq bu problemin də həlli mümkündür.

Chip.az bildirir ki, Yale Tibb Məktəbindən Nenad Sestan-ın rəhbərlik etdiyi bir qrup beyində neyron ölümünün uzun müddət ərzində baş verdiyini və bu halın bərpa oluna biləcəyini düşünürlər. Araşdırmalar nəticəsində donuzların beyinlərin ölümdən dörd saat sonra belə gizli hücüyrə aktivliyini müşahidə ediblər.

Komanda 32 donuz beynini xüsusi qablara yerləşdirdi. Həmin beyinlərin damarlarına ürək döyüntülərini əks etdirən nasos tərəfindən qidalandırıcı və qoruyucu maye göndərildi. Bu proses bir çox neyron və digər hüceyrələrin ölümünə mane oldu və beyni qorumağa müvəffəq oldu. Hüceyrələr yenidən oksigen və qida almağa başladı. Hətta ölmüş neyronlar belə yenidən aktivləşdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır