NETTY 2019 müsabiqəsinə start verildi

  • 19 Aprel 2019
  • 33

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də dəstək verdiyi “NETTY 2019” milli internet mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanılıb.

Chip.az  xəbər verir ki, “NETTY” mükafatı ölkəmizin informasiya texnologiyaları üzrə ən yaxşı layihələrini, faydalı veb-resurslarını və İT sahəsində fəaliyyət göstərən peşəkarlarını aşkarlamaq və dəyərləndirmək məqsədi ilə artıq 15-ci dəfədir keçirilir.

Cari il aprelin 17-də “www.netty.az” saytında başlanan iştirak üçün ərizə qəbulu mayın 24-dək davam edəcək. Ərizələrin qeydiyyatı ödənişlidir.

Veb-saytlar, proqramlar, sosial şəbəkə səhifələri və onlayn video layihələr mükafatın namizədləri ola bilərlər.

Builki müsabiqə “Dövlət”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron Xidmətlər və Ticarət”, “İdman və Sağlamlıq”, “Cəmiyyət və Ailə”, “Turizm və İstirahət”, “Azərbaycan”, “İlin mobil proqramı”, “Virtual münsiflər heyətinin seçimi”, “Ən yaxşı onlayn-video layihə”, “Sosial şəbəkələrdə ən yaxşı səhifə”, “İlin İT hadisəsi”, “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiyaları üzrə baş tutacaq.
 
24 - 31 may tarixlərində mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçiriləcək.

İyunun 1-dən NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.

Qaliblərə müsabiqənin əsas mükafatı olan “NETTY” heykəlciyi təqdim edilir.

Qeyd edək ki, “NETTY 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Baş partnyoru “Narmobile”, qızıl partnyoru “AZCLOUD”, gümüş partnyoru “FOMINOV Consulting” şirkəti olan müsabiqənin partnyorları qismində “BakuTel” sərgisi, “SmartHost”, “GoldenPay şirkətləri” və “Renley.az” veb-agentliyi çıxış edirlər.

Layihəyə informasiya dəstəyini “Infocity.az”, “Technote.az”, “Oxu.az”, “Media.az”,  “Dejure.az” saytları, İTV və CBC telekanalı göstərir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Kriptovalyuta qazanmaq üçün ən yaxşı 6 oyun

Əlbətdəki bu pullar ferrari almağa kifayət etməyəcək lakin gedib bahalı avadanlıqları alıb kriptovalyuta mayninq etməkdənsə oyun oynayaraq kriptovalyuta qazanmaq daha faydalıdır.

1,7 milyon avtomobil satışdan qaldırılacaq

Chip.az bildirir ki, Takata şirkəti tərəfindən hazırlanan hava yastıqlarında baş verən yanlışlıqlar səbəbiylə nəhəng marka avtomo

Yahoo pozuntuya yol verdiyi hər saat başına 25 dollar cərimə oluna bilər

Chip.az bildirir ki, Yahoo-nun 2013-cü ilin avqust tarixindən məlumatların pozulması nəticəsində oğurlanan 3 milyard hesab haqqında məhkəmə prosesi hələ davam edir. Şirkətin isti

Facebook etiraf etdi: İstifadəçilərin telefon nömrələri üçüncü tərəfə ötürülür

CHİP.AZ Technote saytına istinadən xəbər verir ki, Prinston və Bostonun Şimal-Şərq Universitetlərinin tədqiqatçıları aşkar ediblər ki, Facebook

Acer yeni noutbuk modellərini təqdim etdi

Chip.az xəbər verir ki, ConceptD - noutbuk, kompüter və monitorların yeni premium markasıdır. Yeni modelin əsas fərqləri – rəngötürücüsünün yüksək dəqiqliyi