Uber şirkətə sifariş verən sərnişinin ölümü ilə bağlı açıqlama verdi

  • 19 Aprel 2019

Universtet tələbəsinin Uber-ə məxsus avtomobilə əyləşdiyini düşünərək səhvən digər nəqliyyat vastəsindən istifadə etməsi həmin şəxsə qarşı sui-qəsdlə nəticələnib.

Chip.az  xəbər verir ki, baş verən xoşa gəlməz hadisədən sonra şirkət açıqlama verib:

“Bu gündən etibarən sürücü haqqqında o cümlədən nəqliyyat vasitəsinin növü,  nömrəsi,  rəngi haqqında məlumatların istifadəçilərə təqdim olunması ilə bərabər onlara sifariş olunan avtomobilin doğru olduğunu təsdiqləmək üçün bildirişlər də göndəriləcək"

Bu yeniliklərə əlavə olaraq Uber yaxın günlərdə “Campus Security Initiative” adlı yeni layihənin icrasına başlayır. Şirkət Cənubi Karolina Universiteti ilə məktəb həyətində  xüsusi sərnişin toplama mərkəzi yaratmaq üçün əməkdaşlıq edəcək. Bu tərəfdaşlıq çərçivəsində bu bölgələrin daha yaxşı işıqlandırılması və istifadəçilərin nəqliyyat vasitələrindən təhlükəsiz şəkildə yararlanması təmin olunacaq. Uber həmçinin Cənubi Karolina Universiteti ətrafındakı ərazilərin araşdırılması üçün "Campus Rides" adlı yeni bir proqram həyata keçirməyə hazırlaşır. Amerika Birləşmiş Ştatlarındakı digər məktəblərdə də oxşar xidmətlərin göstərilməsi gələcək planlara daxildir.

Uber-in istifadəyə verildiyi ilk vaxtlar təhlükəsizliklə bağlı problemlərin olacağı iddia edilirdi. Bir müddət sonralar isə  Uber sürücülərinə qarşı yüzlərlə cinsi təcavüz və ittiham irəli sürülmüşdü. Bu kimi hadisələr şirkəti ümumi nəzarəti genişləndirməyə və təhlükəli hallarda istifadəçiləri lazımi istiqamətlərə tez bir zamanda yönləndirmək üçün tədbirlər görməyə vadar etdi. Hazırda adı çəkilən şirkətin yetərli sayda istifadəçiləri olduğu bildirilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır