Alimlər yaşlı insanların yaddaşını bərpa edən yeni üsul kəşf edib

  • 18 Aprel 2019

Chip.az xəbər verir ki, Northwestern Universitetində alimlərin araşdırmalar apararaq yaşla əlaqədar yaddaş zəifliyini  aradan qaldıran üsul kəşf edib. Mütəxəssislər insan bədəninin müxtəlif hissələrini hərəkətə gətirərək  yaddaş funksiyalarının daha da aktivləşdiyini müşahidə ediblər. Transcranial Magnetic Stimulation (TMS) adlandırılan bu üsul vastəsi ilə tam ağrısız şəkildə  orqanlara maqnit siqnallar göndərilərək insanın beyin hüceyrələrinin yenidən fəaliyyət göstərməsi təmin edilir. Bu metod həkimlər üçün də inanılmaz bir yenilik oldu. Araşdırmanın rəhbəri Joel Voss yaşlı insanların daha çox açarları hara qoyduqlarını yadda saxlaya bilməməsi, yeni qonşuların adlarını unutmaları  və s. bu kimi problemlərin  çoxalması sözü gedən metodun kəşf olunmasına başlanğıc olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır