Avropa Parlamenti terror məzmunlu paylaşımları sosial media platformalarından siləcək tənzimlənməni təsdiqlədi

  • 18 Aprel 2019
  • 63

Chip.az bildirir ki, sosial mediada terror məzmunlu paylaşımların zaman keçdikcə radikalləşməsindən narahat olan parlament sentyabr ayından start götürən tənzimlənmə prosesi Yeni Zelandiyadakı iki məscidə baş verən və partlayışdan sonra sosial platformalarda terrorla bağlı paylaşımlar bu prosesi sürətləndirdi . Bu gün Strasburqda bir araya gələn Avropa Parlamenti Baş Assambleyası məşhur platformalarda yer alan terror istiqamətlənən paylaşımların platformalardan qaldırılmasıilə bağlı tənzimlənməni təsdiqlədi. Terrorizmə istiqamətlənmiş postlar səlahiyyətli şəxslərin xəbər verməsinin ardından 1 saat ərzində bütün sosial platformalardan çıxarılacaq.

Parlamentdə millət vəkilləri arasında mübahisəyə gətirib çıxaran yeni qayda 204-ə qarşı 308 səs çoxluğu ilə qəbul edildi, lakin tam formada qanun formasına gətirilməsi üçün qanunverici orqanlar tərəfindən yenidən müzakirə ediləcək. Terrorist Content Regulation adlı tənzimlənmənin qüvvəyə minməsi halında, terrora istiqamətlənmiş məzmuna malik paylaşımları silməyə müvəffəq olmayan sosial media platformaları gəlirlərinin müəyyən bir hissəsini cəza olaraq ödəyəcəklər.

Facebook və YouTube kimi böyük şirkətlərə tətbiq ediləcək bu tənzimləmə böyük şirkətlər kimi kiçik sosial media platformalarına da təsir göstərəcək. Cəza olaraq ödənilməli olan məbləğ şirkətin gəlirinin yüzdə 4-ü qədər olacaq. Məsələn, keçən il 17 milyard dollarlıq gəlir olan Facebook bu tənzimlənmənin qaydasını pozarsa, 680 milyon dollar cəza ilə qarşı-qarşıya qalacaq.

Tənzimləmə təsdiq olunduqdan sonra bəzi müdafiə qrupları tənzimləmə lazımsız olduğunu və bir işə yaramayacağını iddia etdilər. Tənzimləməni tənqid edən qruplardan biri olan Avropa Digital Hüquqları Qrupu(European Digital Rights) bəyanatın verilməsi barədə fikirlərini ifadə edib: “Tənzimləmənin öz məqsədinə nail olacağında şübhəliyik.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Hello Kitty obrazını baş rolda yer aldığı film ekranlaşdırılacaq

Yaponiyadan dünyaya yayılmış bir çox marka var. Hello Kitty bu markalar arasında xüsusi yer tutur. Marketinq strategiyalarından bazarın tutulduğu yerə qədər xüsusi obraz olan Hello

Sony PS2 əfsanəsini bitirdi!



Commodore 64, Sega, PS1 və Atari kimi əfsanələrin gömüldüyü konsol qəbiristanlığına bu səfər də 2000-ci illərin əfsanəsini dəfn edirik. Əfsanə oyun 2013-ci ild

Netflix istehsalı olan Roma adlı film, iki nominasiyada Qızıl Kürə Mükafatı qazandı

Chip.az bildirir ki, Alfonso Cuaron-nun yazıb, rəhbərlik etdiyi Roma filmi, 2018-ci ildə tənqidçilərdən ən yaxşı reaksiyaları alan f

Marvelin müsəlman superqəhrəmanı gəlir

Birinci müsəlman superqəhrəman, Kamala Khan tezliklə Marvel kino və ya serial kainatında görünə bilər. Bu gənc, genetik cəhətdən dəyişdirilmiş pakistan-amerikalı qad

xCloud bütün Xbox və Xbox One oyunlarını dəstəkləyəcək

 “Microsoft”un bulud əsaslı oyun xidməti "xCloud"  "Xbox One" oyunlarını da dəstəkləyəcək.

Chip.az xəbər verir ki, “Google” tərəfindən t