Keepface 500 Startups layihəsinə qoşulub

  • 18 Aprel 2019

Chip.az xəbər verir ki, hazırda Keepface nümayəndələri - Elşad Yusifli, Emin Vəli Vaqif Abbasov təsisçilər olaraq 500 Startups-ın keçirdiyi "Dojo Series A" proqramında iştirak edir. Bu proqram vastəsi ilə  təsisçilər  Series A investisiya mərhələsinə hazırlanacaqlar.

Qeyd edək ki, MENA Dojo proqramı 2 il əvvəl MENA bölgəsində başlayan Qatar Elm və Texnologiya Parkı (QSTP) ilə davamlı əməkdaşlığın bir hissəsidir.

Keepface mərkəzi ofisi Dubayda yerləşən, Türkiyə, İran, Mərkəzi Asiya və Qafqaz ölkələrində fəaliyyət göstərən Azərbaycan startapıdır. Dünyada trend marketing sayılan "Influencer Marketing"i avtomatlaşdıran platformadır. Burada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyaları həyata keçirirlər.

Aida İsaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər