Audi gündəlik istifadə üçün nəzərdə tutulan bir elektrikli avtomobil - AI:ME-ni təqdim etdi.
Chip.az bildirir ki, Çində keçirilən Şanxay Avtomobil Sərgisi öz işinə strat verdi. Sərgidə Almaniyanın avtomobil istehsalçıları da yer alır.
Volkswagen I.D. və SEAT el-Born kimi yeni inkişaf etdirilən və təmiz elektrikdən güc alan avtomobillər təkmilləşdirilmədə istifadə olunan MEB platformasında quraşdırılan AI:ME-də təqdim olunan avtomobil modelləri arasındadır.

Belə ki, şirkət yeni Aİ-ME-ni özəlliklə şəhərlərdə istifadə üçün nəzərdə tutularaq istehsal olunduğunu bildiriblər. Avtomobillərin şəhər içi sürətinin saatda 20 ilə 70 kilometr arasında olduğunu düşünərək, şirkət, avtomobildə sadə bir təchizat sistemini qurub. Bu da avtomobildə 65 kWh-li batareyanın istifadə edilməsəbəbini açıqlayır. Avtomobilin mühərrikinin istehsal etdiyi enerji 170 at gücünə bərabərdir, lakin, mənzil uzunluğu barədə məlumat isə yoxdur.
Avtomobilin dizaynı bütün konsepsiya elektrik avtomobillərində gördüyümüz fütüristik xəttlərdən malikdir. Ənənəvi dizaynda B sütunu adlı qapı arasında heç bir sütun yoxdur, avtomobilin şüşələri çox geniş bir ərazini görməyə imkan verir və avtomobilin minimalist salon dizaynı vardır. Avtomobilin ön və arxa işıqlarında LED lampalardan istifadə olunub. AI:ME-nin 4-cü səviyyə avtonom sürücülük texnikalarına sahib olması gözlənilir.
AI:ME - 2017 Aicon və 2018 PB 18 konsepsiyalarının davamı olaraq görünür. Bu seriyanın dördüncü və son parçasının 2019-cu ilin sentyabrında Frankfurt Avtomobil Sərgisində nümayiş olunacaq.
Sevinc Baba-zadə