Huawei Şanxayda ilk avtomobilini təqdim edəcək

  • 18 Aprel 2019
  • 36

Huawei, son zamanlarda Qərb yarımkürəsi ilə ticarətində ciddi çətinliklər qarşı-qarşıyadır. ABŞ-la Çin arasındakı ticarət qalmaqallarından əziyyət çəkən və telekommunikasiya sektorunda bir çox ölkədə iflasla qarşılaşan şirkət, müxtəlif sektorlarda özünü sınayaraq, irəliləməyə davam edir.

Daha çox smartfon istehsalçısı olaraq bilinən Huawei eyni zamanda bir çox müxtəlif məhsullar istehsal edir. Bu məhsullardan ən sonuncusu isə bir avtomobildir.

Chip.az bildirir ki, Huawei yeni avtomobilini Şanxay Avtosalonunda təqdim edəcək. Belə ki, avtomobilin istehsalı üçün Huawei Çin Dövlət Dongfeng Motor şirkəti ilə əməkdaşlıq edir.

Avtomobildə avtomobil içi əlaqə, beşinci nəsil naqilsiz şəbəkə və bulud funksiyaları olacaq. Bu xüsusiyyətlər internet axtarış, nəqliyyat vasitəsinin idarə edilməsi, tıxacın öyrənilməsi və avadanlıqların idarə edilməsi üçün istifadə edilə bilər.

Qeyd edək ki, Huawei və Dongfeng Motor, bu ayın əvvəlində təxminən 450 milyon dollarlıq bir müqavilə imzaladı. Müqavilənin məqsədi ağıllı avtomobillərə, lojistika sektoruna və nəqliyyata xidmət etmək üçün şəbəkə platforması qurmaq və 5G əlaqələri ilə avtonom sürücülük avtomobillərini inkişaf etdirməkdir. İmzalanma mərasimində yeni bir mikroavtobus modeli göstərildi, lakin, ilk Huawei avtomobilinin özəlliklərini əks etdirən hər hansı məlumat yoxdur.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır