Chip.az bildirir ki, General Motors, Corvette-ni rəsmi şəkildə elan etdi. Avtomobil bu ilin 18 iyul tarixində alıcıların öhdəsinə buraxılacaq.

Chevrolet-nin rəsmi saytında yayımlanan fotoda 8 rədəmi qırmızı rəngdə verilərək 8-ci nəsil Corvette-ni işarə edir. Stingray modelinin təkmilləşdirilmiş versiyası olaraq hazırlanan yeni modelin 500 at gücünə və 6,2 litrlik V8 mühərrik təchiz olunması gözlənir.

Hazırda ana model Stringray 55.000 dollardan başlayan qiymətlə satışa buraxılacağı gözlənilir. Yeni modelin qiyməti dəqiq açıqlanmasa da təxminən 62 min dollar olacaq.
Sevinc Baba-zadə