Snapdragon 665, Snapdragon 730 və Snapdragon 730G prosessorları AnTuTu-da qarşılaşdırıldı

  • 11 Aprel 2019

Chip.az bildirir ki, ARM prosessorları dedikdə ağla ilk gələn şirkət olan Qualcomm, orta seqment, yeni prosessorları olan Snapdragon 665, Snapdragon 730 Snapdragon 730G prosessorlarını dünəndən etibarən təqdim etdi. Bu prosessorlardan Snapdragon 665, orta seqmentin ən məşhur prosessorlardan biri olan Snapdragon 660-ın yenilənmiş versiyası olaraq qarşımıza çıxarkən, Snapdragon 730 isə ötən il tanıdılan Snapdragon 710-un üst versiyası olaraq qarşımıza çıxır. Snapdragon 730G, daha yaxşı oyun performansı üçün optimallaşdırılan Snapdragon 730-un təkmilləşdirilmiş bir versiyasıdır.

AnTuTu nəticələrinə görə Snapdragon 730G, yeni nəsil orta seqment prosessorlar arasında ən yaxşı performansı təmin edən çip seti olaraq diqqət çəkir. Ancaq Snapdragon 665 bütün test kateqoriyalarında Snapdragon 660-dan geridə qalır. Nəticədə Snapdragon 660 qiyməti / performans baxımından smartfonlar üçün bir nömrəli seçim olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır