Robotlarla həyata keçirilən ilk rəhim transplantasiyasından körpə dünyaya gəldi

  • 11 Aprel 2019
  • 83

Chip.az bildirir ki, dı açıqlanmayan bir ananın iki yarım kilodan daha az ağır bir körpə dünyaya gətirməsi, ananın daha əvvəl keçirdiyi tibbi əməlyyatla mümkün olub. Belə ki, bətn nəqli öncədən robotlar tərəfindən həyata keçirilib. Bu tibb tarixində birinci robotlar tərəfindən aparılan birəmliyyatdır. Həkimlər bazar günü həyata keçən doğuşdan sonra ana və körpənin vəziyyətlərinin yaxşı olduğunu açıqlayıblar.

Robotların utero transplantasiyasında istifadəsi bədənin daha az zərər görməsi və daha sürətli müalicə üçün çox vacibdir. Dr. Pernilla Dahm-Kahler deyir ki, "Belə bir uşağın doğulması fantastik bir təcrübədir." O, bunu gözəl bir hadisə adlandırır.

Belə ki, anaya bətn nəqli pasiyentin öz anasından edilib. Orqan yalnız 1 sm genişlikdə bir boşluqdan nəql olunub. Cərrahlar isə robot qolları idarə etmək vəzifəsini icra ediblər. Üçölçülü görüntüləmə və nəzarət altında idarə olunan robotlar əməliyyatı uğurla başa çatdırıb. Transplantasiya prosesində həkim olan Niclas Kvarnstrom, "Bu üsul gələcək transplantlar üçün yeni bir ümid olacaq." -deyə bildirib.

Qeyd edək ki, bu günə qədər 39 dəfə canlı donor uterus transplantasiyası edilib. Bu transplantların bəziləri analarından qızlarına edilib. Nəticədə uterus transplantasiyası nəticəsində 11 körpə doğulub. Lakin, həyatda olmayan donorların bətnləri ilə müvəffəqiyyətli bir doğuşa nail ola bilməyiblər. Bu şəkildə aparılan 10 orqan nəqlinin nəticəsi olan hamiləliklər körpənin düşməsi ilə müşahidə olunurdu ki, keçən ilin sonunda bir körpə qız məhz belə bir donor nəqlindən sonra dünyaya gəlib.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

Yeni nəsl avtomobillər, powerbank stansiyalarından enerji yığa biləcək

Beləki, Volkswagen-in bununla bağlı çox sadə planı var - Siz, şarj doldurma stansiyasına gedəcəyinizə, o sizə gəlsin!

Chip.az bildirir ki, 

LB48H Terzo Millennio Concept-in ilk görüntüləri yayımlandı

Chip.az bildirir ki, İtalyan lüks idman avtomobili Lamborghinin məhdud sayda LB48H Terzo Millennio Concept-i ilk dəfə 2019-cu ilin sentyabr ayında Frankfurt Motor S

Porsche Teslaya rəqib olan Taycan modelinin istehsalını artırır

Chip.az bildirir ki, Porsche tərəfindən Taycan modelinin istehsalı artırılacaq. Hətta 2019-cu ilin sonunda bazarda buraxılma

Volkswagenin yeni vasitəsi rekord qırdı

Bir neçə həftə əvvəl Volkswagen yeni elektrik avtomobili ID R Pikes Pikini Almaniyanın məşhur Nürburgring Nordschleife şossesindəki sınaqdan keçirməyə başladı.  

Havanı təmizləyən avtobus istifadəyə verildi - MÖHTƏŞƏM YENİLİK

Chip.az Design Feeds-ə istinadən xəbər verir ki, yeni icad havanı təmizləməyə kömək edəcək.

Məlumdur, Sautqempton Britaniyanı