Honor 20i smartfonunun görüntüləri təqdimatdan öncə yayımlandı

  • 11 Aprel 2019
  • 80

Chip.az bildirir ki, Honor 3 arxa kameralı yeni ağıllı telefonu Honor 20i-yi 17 aprel tarixində keçirəcəyi təqdimata hazırlaşır. Lakin, təqdimatdan öncə smartfonun görüntüləri yayımlandı.

Belə ki, Vmall tərəfindən vizual görüntüləri yayımlanan Honor 20i, 2019-cu ildə bir çox telefonda gördüyümüz damla nahamar dizayna sahibdir. Xüsusilə selfie həvəskarlarının rəğbətini qazanması gözlənilən telefonun ön hissəsində 32 MP-lik selfie kamerası yer alır. Arxa hissədə 24 MP əsas kamera, 8 MP ultra geniş aspektli kamera və 2 MP dərinlik kamerasına malik olan Honor 20i-nin görüntüləri smartfonun ən az 3 fərqli rəng variantı ilə gələcəyini göstərir.

Kirin 710 çip seti və 4 GB RAM variantı ilə qarşımıza çıxan Honor 20i, 4000 mah-lıq batareyası ilə gündəlik istifadədə rahatlıq təmin edəcək. 6.21 düymlük Full HD+ ekrana sahib olması gözlənilən smartfon ilk olaraq Çində satışa buraxılacaq.

Qeyd edək ki, Honor 20i beynəlxalq bazarda Honor 20 Lite adı ilə satışa təqdim olunacaq kimi görünür.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqli

CoinMarketCap futbol klubunun sponsoru oldu

Kriptovalyuta bazarının təhlili və qiymətlərin izlənilməsi üçün ən populyar resurs olan CoinMarketCap.com İsrailin Beitar Jerusalem futbol klubunun sponsoru oldu. <

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

Mobil operatorun AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda növbəti təlimi baş tutub. Təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peş

Google yemək sifariş xidmətini təqdim edir

“Google” onlayn ərzaq sifarişi funksiyasını aktivləşdirməyə  hazırlaşır.

Chip.az xəbər verir ki, sistem mövcud  “Google” xidmətlərinə

“Texnologiya və sahibkarlıq” mövzusunda seminar keçirilib


Chip.az bildirir ki, ilk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları

15.000 nəfərə iPhone XR hədiyyə edildi

British Airlines British Airways, işçilərinin motivasiyasını artırmaq üçün fərqli mükafat metodu seçib. 'Müştərilər üçün 6.5 milyard funt sterlinq investisiya' p