Oneplus 7 Pro-nun texniki özəllikləri və dizaynı haqqında məlumat yayımlandı

  • 10 Aprel 2019

Çinin ağıllı telefon istehsalçısı OnePlus-un 5G dəstəkli bir ağıllı telefon üzərində çalışdığı sirr deyildi. Şirkət həm OnePlus 6T-nin təqdimatında, həm də Mobil Dünya Konqresində bu məlumatı təsdiqləyib. Bu ana qədər 5G dəstəkli OnePlus ağıllı telefon haqqında Snapdragon 855 prosessor və X50 modem xaricində başqa bir məlumata malik deyildik. Ancaq dünən Weibo-da paylaşılan fotolar, aparatın quruluşu və xüsusiyyətləri haqqında daha çox məlumata sahib olmağımızı yardımçı oldu.

Chip.az bildirir ki, paylaşılan fotoşəkillər GM1915 model nömrəsinə sahib OnePlus 7 Pro modelini göstərir ki, bu cihazın 5G dəstəkli OnePlus telefon olduğu güman edilir. Fotoda yer alan ekran görüntüsünə görə cihaz Snapdragon 855 prosessora, 8 GB RAM-a, 256 GB yaddaşa, 6.67 düym Super Optik ekrana, 9.5.1 GM31CB seriya nömrəsinə malik Android 9 Pie əməliyyat sisteminə malik olaraq qutudan çıxacaq.

Dizayna gəldik də isə yeni OnePlus 7 Pro-nun iki kənarı qövslü bir ekrana sahib olacağını görürük. Son dərəcə incə ekran çərçivələrinə malik olan cihazın ön tərəfində hər hansı bir oyuq və ya dəlik yoxdur.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər