Sharp dünyanın ilk qatlana bilən oyun smartfonunu istehsal edə bilər

  • 09 Aprel 2019
  • 70

Ağıllı telefon bazarı gündən-günə qızışır. Mobil oyun dünyasının gözlənilməz bir şəkildə genişlənməsi isə ağıllı telefon sektorunda oyun telefonlarının da yerini artırır. Həmçinin premium ağıllı telefonlara olan marağının azalması, şirkətlərin qatlana bilən ağıllı telefon kimi yeni bir smartfon konsepsiyasını tutmalarına istiqamətləndirir. Bu da bazara çıxmaq istəyən qeyri-ənənəvi smartfon istehsalçıları üçün yeni imkanlar təklif edir.

Sharp Gaming Phone

Sharp Kabushiki Kaisha "portativ elektron qurğu" üçün USPTO-ya (Abş Patent və Ticarət Nişanı Ofisinə) 2017-ci ildə patent üçün müraciət edib. Dizayn patent 2 aprel 2019-ci ildə yayımlandı. Mobile oyun cihazı həmçinin smartfon funksiyalarını özündə etiva edirki, bu da baxış rahatlığını artır və daha gərgin oyun təcrübəsi yaşadır.

Patent sənədlər Galaxy Fold ya da Mata X kimi açılanda demək olar ki, kvadrat formasında olan bir telefon deyil, TV pultuna bənzər nazik uzun ekrana sahib bir oyun telefonu olduğunu göstərir. Ekranın yanlarında oyun içi nəzarətlər, ortasında oyunun özü yer alır.

Əlbəttə ki, həmin patentin real bir məhsul olaraq qarşımıza çıxacaqdır deyə bir zəmanəti yoxdur. Amma Sharp-ın qatlana bilən telefon konsepsiyasının məqsəd-nəticə baxımından rəqiblərinə görə çox daha yaxşı olduğunu deyə bilərik. Yenə də mövzu ilə bağlı daha çox məlumat üçün önümüzdəki həftələrdə daha dəqiq məlumat əldəedə biləcəyik.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Google okeandan internet kabeli çəkəcək

"Google" şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır.

Chip.Az xarici media  istinadən bildirir ki, interne

Android Telefonunuzla Çəkdiyiniz Şəkillərin Keyfiyyətini Ərşə Çıxaracaq Tətbiqi!

Google Kamera tətbiqi, foto keyfiyyətinin kamera avadanlığının icazə verdiyi keyfiyyətinin çox üzərinə çıxmasını təmin edir. Üstəlik, bu mərkəzdəki APK-lar sayəsində siz də

Huawei-nin növbəti rəqibləri Amazon və Google şirkətləridir

Chip.az bildirir ki, növbəti səsli xidmət Huawei tərəfindən istifadəyə veriləcək.  

Süni in

Facebook-a ''Whatsapp ilə göndər'' düyməsi gəlir

WhatsApp platformasını əsas platformaya bağlamaq istəyən Facebook, mesaj paylaşmaq üçün yeni bir düymə üzərində işləyir. Facebook-un bu xüsusiyyəti ilə istifadəçilər

"Mark Zuckerberg təzyiqlər göstərirdi" - VİDEO

 Onun sözlərinə görə şirkət istifadəçi məlumatlarından analitika və reklamlar üçün istifadə etmək istəyir. Lakin bu yolda ona messencerin şifrələmə sistemi mane olur. Büt