Startap günləri layihəsinə start verilib

  • 09 Aprel 2019

Chip.az xeberler.az-a istinad edərək bildirir ki, "Startap Günləri" layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaqdır. 

Layihə internet biznesinin, innovasiyaların startap hərakatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir.

3 ay müdddətində 10 təhsil müəssisəsini əhatə edəcək layihənin sonunda "Startap Azərbaycan" yekun konfransı keçiriləcək.

Sonra keçmiş ideyaların biznesə çevrilməsi üçün "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır