Samsung Galaxy J ilə Galaxy A seriyasını birləşdirdiyini rəsmi şəkildə elan etdi

  • 09 Aprel 2019

Chip.az bildirir ki, 2 aprel tarixində Samsung Malayziya Youtube kanalı tərəfindən nəşr olunan Galaxy A30 və Galaxy A50 təqdimat videoları şirkətin Galaxy J seriyası ilə Galaxy A seriyasını birləşdirdiyini göstərir. Video, cihazların damla nahamar dizayn, ekrana içində barmaq izi skaner, üçlü arxa kamera quraşdırılması kimi xüsusiyyətlərinə diqqət yetirərkən, videonun həm adında, həm də giriş ekranında Galaxy J seriyasının artıq Galaxy A seriyasına daxil edildiyi bildirilir. Samsungun Galaxy J seriyasını aradan qaldırılmasının ən böyük səbəbi Galaxy J seriyasının digər rəqiblərinə görə yüksək qiymət etiketinə sahib olması idi.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır