Kill This Love Youtube-də ən sürətli 100 milyon izləyici sayına çatan mahnı rekordunu qırdı

  • 09 Aprel 2019

K-pop-un yüksəlişi qarşısıalınmaz bir şəkildə davam edir. Qadın K-pop qrupu Blackpink-in 4 aprel tarixindən etibarən yayımlanan yeni mahnısı Kill This Love Youtube-də rekord üstünə rekord qırmağı bacardı. Yalnız 5 gün əvvəl yayımlanan mahnı belə bir qısa müddətdə 134 milyon izlənməyə çatdı.

Chip.az bildirir ki, ilk 24 saat içində 56,7 milyon izlənməyə çatan video, Youtube tarixinin ən sürətli izləyici kütləsinə sahib mahnısı kimi qeydiyyatdan keçərkən, yükləndikdən yalnız 3 gün sonra 100 milyon izlənmə sayına çataraq 100 milyon izlənməyə ən qısa müddətdə çatan mahnı rekordunu da qırdı.

Qeyd edək ki, Youtube-də 24 saat içində ən çox izlənən mahnı rekordu Blackpink-in Kill This Love mahnısına qədər Ariana Grande-nin Thank u, next adlı mahnısına məxsus idi. İlk 24 saat ərzində 55.4 izlənən mahnı həmçinin, eyni zamanda izlənmə rekordunu da sındırmağı bacarmışdı. Thank u, next mahnısı, 829.000 nəfər tərəfindən eyni anda izlənmişdi.

Youtube məlumatlarına görə Kill This Love mahnısı 979.000-dən çox adam tərəfindən eyni zamanda izlənilərək bu cür qırılması çətin bir rekorda imza atdı.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır