SpaceX yeni Falcon Heavy Block 5-ə aid ilk görüntüləri yayımladı

  • 08 Aprel 2019

Chip.az bildirir ki, SpaceX-in Falcon raket ailəsinin yeni üzvü olan Falcon Heavy Block 5-in son işləri də tamamlandı. Kosmik araşdırmaları özəl sektora yönəltmək üçün çox işlər görən şirkət, yeni raketin təqdimatı üçün bəzi görüntülər yayımladı.

Aprel ayında 24 - 48 saat arasında bir vaxtda SpaceX texnik işçiləri və mühəndisləri tərəfindən həyata keçirilən birləşmə prosesi sona çatdı. Falcon Heavy Flight 2-nin yekun inteqrasiyası, yan pervanələrin mərkəzə bağlanması və raketin yuxarı gövdəsinin daxili çərçivəyə bağlanması başa çatdırıldı. Daha sonra kranlar tərəfindən qaldırılan 75 tonluq raket Pad 39A başlanğıc- fırlatma yerində qalxma rampasına (qurğu) diqqətlə yükləndi. Bu rampa yanacaq yükləməsi edə və raketin şaquli və ya üfüqi vəziyyətə gətirə bilir. Roket, TSİ 10 aprel 2019-cu il tarixində saat 00:35-də fırladılacaq.

Falcon Heavy-nin eksklüziv birləşmə videosunun xaricində, SpaceX də bütün zamanların ən təsirli Falcon fotoşəkillərindən birini paylaşdı. Bu 4K keyfiyyətli fotoşəkildə Falcon Heavy-nin 27 Merlin 1D mühərriki görünür. Bu mühərriklər 2,550 tondan çox itələmə gücü istehsal edir.

Bu şəkillə Block 5-i detallı nəzərdən keçirəkmək mümkündür. Raketin parçaları, istilik qalxanları, mühərrik hissələri fotoşəkildə görünür.

SpaceX, bu vasitələrdən istifadə edərək təhlükəsiz, etibarlı və təkrar edilə bilən bir şəkildə yükün böyük bir miqdarını daşımaq məqsədi güdür. Yerdəki testlərın uğurlu nəticələnməsi də yayımlanan məlumatlar arasındadır.

SpaceX ayrıca dördüncü itələmə gücünün Falcon 9 B1051 olduğunu təsdiqlədi. Bu raket Kanada Kosmik Agentliyinin işi üçün yenidən gözdən keçirilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır