Apple sentyabr ayında 6.1 və 6.5 düymlü OLED ekranı olan iki yeni iPhone təqdim edəcək

  • 08 Aprel 2019

Chip.az bildirir ki, Yaponiyanın texnologiya blogu Macotakara tərəfindən Apple məhsulu təchizat zəncirindəki mənbələrə görə, 2019 modelinin iPhone ailəsində kiçik seqmentasiya dəyişikliyi gözlənilir. 2018-ci ildə şirkət 5,8 düymlük və 6,5 düymlük OLED ekranlı premium və 6,1 düymlük LCD ekranlı “büdcə dostu” iPhone modellərini təqdim edən şirkət, 2019-ci ildə 6.1 düym və 6.5 düymlü OLED ekranlı premium modelini təqdim edəcək.

Macotakara-da yayımlanan məlumata əsasən, Apple-nin 5.8 düymlük modeli arxada qoyaraq, 6.1 düymlük ekranlı premium keçidinin bir digər səbəbi yeni iPhone-lərin üçlü kamera sisteminə malik olmasıdır. Beləki, 2019-cu ildən iPhone smartfonlar üç arxa kameraya malik olacaq ki, bu da yeni iPhone-lərin bu günə qədərki, ən böyük kamera modulu olacaq

Kamera modulunun böyük ölçülü olması cihazında böyük olmasını lazımlı edir ki, 5.8 düymlük bir smartfona həm dizayn, həm də texniki baxımdan bəzi çətinliklərə gətirib çıxaracaqdı. Həmçinin, digər bir məlumata görə, Apple cihazları ciddi inkişaf edən kamera modulunun çıxıntılarını azaltmaqla cihazları bir az daha qalınlaşdıracaq.

6.1 düymlü OLED ekranlı model iPhone Xs-ə görə 0.15 mm daha qalın olacaq. Bununla birlikdə, kamera çıxıntısı 0.5 mm-dən az olacaq. Bundan əlavə, 6.5 düymlük OLED ekran modelinin qalınlığı 0.4 mm qalacaq, ancaq kamera çıxıntısı 0,25 mm azaldılacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır