Molekulyar cərrahiyyədə istifadə olunacaq yeni texnika ilə hər hansı kəsik və ya sağalma müddətinə ehtiyac qalmayacaq

  • 08 Aprel 2019

Chip.az bildirir ki, yeni texnika Amerika Kimya Cəmiyyətinin (American Chemical Society (ACS) ) 2019-cu il bahar görüşündə paylaşıldı. Bu texnikadan qulaq və burun kimi qığırdaq toxuması və iflic səbəbiylə hərəkət edə bilməyən oynaqların qığırdağının yenidən bərpasında istifasi planlaşdırılır. Tibb dünyasında bu yeni texnoloji üsulu qısa müddətdə tətbiq oluna bilər və heç bir sağalma prosesi gözləməyə ehtiyyac yoxdur. Elektrik cərəyanının, kiçik iynə və  3D printerlərdən alınan süni qığırdaq skeletlərdən istifadə olunaraq həyata keçən əməliyyatların lazer göz əməliyyatlarında da istifadə olunması gözlənilir.

Məlum olduğu kimi, qığırdaq vertebra ilə burun və qulaq kimi orqanların arasında olan birləşdirici toxumadır. Sərt kollagen liflərdən ibarətdir. Bu qığırdağın strukturunda bu texnikanın inkişafına kömək edən qığırdaq olan yüklü ionlardır. Bu texnika inkişafının əsas səbəbi mənfi yüklü proteinlər və pozitiv yüklü sodyum ionlarıdır. Xiyar strukturunda ionları elektrik cərəyanından elektroliz edirlər və qığırdaq quruluşunu yumşaldırlar. Qığırdaq toxumu yenidən sərtləşənə qədər əməliyyat keçirirlər. Professor Hill, "Əgər qığırdaq əyridirsə, onu istədiyiniz kimi formaya sala bilərik." -deyə bildirib.

Bu yeni texnika elektrik cərəyanına verilən qığırdağın müvəqqəti yumşalmasına imkan verir. Yumşaq qığırdaq toxumu müalicə edilir. Beləliklə, kəsik açmadan əməliyyat prosedurunda heç bir müalicə prosesi və ağrı hiss edilmir. Hal-hazırda dovşanlar üzərində aparılan test sınaqlarının müvəffəqiyyətli olduğu bildirilib. Nevrologiya professoru və bu texnikanın inkişafında əməyi olan Michael Hill lokal anesteziya ilə əməliyyatın yalnız 5 dəqiqə çəkəcəyini söyləyir.

Qeyd edək ki, bu texnika üçün təkmilləşmə və lisenziyalaşdırma prosesi hələ də davam edir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır