Wayve-nin öz topladığı baza ilə mükəmməl idarə imkanına sahib dünyanın ilk avtonom avtomobili: (video)

  • 04 Aprel 2019

Böyük avtomobil və texnologiya şirkətləri illərdir çatmaq istədikləri məqsədlərdən biri məhz avtonom idarə olunan nəqliyyat vasitələrini istehsal edə bilməkdir. Bunun üçün Apple, GoogleTesla kimi bir çox şirkət böyük mühəndis qrupu ilə çalışır. Digər tərəfdən mühəndislik məhsulları və standart proqramlar yalnız nəzraət altında olan ətraf mühitin şəraitində müvəffəqiyyətli nəticə əldə etməyə imkan verir.

Chip.az bildirir ki, Wayve şirkətinin inkişaf etdirdiyi süni intellekt sayəsində anında ətrafında baş verənlərə uyğunlaşa biləcək avtomobil istehsal etmə mərhələsinə çatıb. Daha əvvəl də oxşar bir iddia ilə yola çıxan şirkətin artıq əlində nəticələr var.

Hətta şirkət, avtomobili sınaqdan keçirərərkən öncədən istifadə etmədikləri bir yolda, HD xəritəsi olmadan avtonom olaraq idarə edəcəyini açıqladı. Sınaqlarda istifadə olunan nəqliyyat vasitəsi ingilis avtomobili - Jaguar I-PACE SUV-dur. Bu avtomobil yalnız 2019-cu ildə Avropada ilin avtomobili kimi tanınmır, həm də Waymo-nun bəzi sınaqlarında da istifadə olunub.

Şirkətin həmtəsisçisi və CTO-su olan Alex Kendall bildirir ki, onlar avtomobilə necə getmək lazım olduğunu deməyiblər, avtomobilin içərisindəki sürücünün etdiyi hərəkətlərə görə necə getməli olduğunu özü öyrənib.

Şirkət hazırda qabaqcıl testlər keçirir. Kendall-ın iddiası onların avtomobilinə rəqiblərinin xərcindən 10% daha az büdcə ilə yaxşı avtomobil idarəsini öyrənmə və HD xəritələr tələb etmədən istiqamətini müəyyənləşdirə bilmə imkanlarına malik bir sistemdir. Qeyd edək ki, şirkət Cambridge-də apardıqları testlərdə avtomobilin bilmədiyi yollarda hərəkətini əks etdirən video çəkiblər:

Avtonom idarə etmə sisteminə mükəmməl sahib olacaq avtomobillər mütləq ki, istehsal olunacaq. Bəlkə bu sistemlə aralarında əlaqə yaratmağa nail olan avtomobillər tixac, qəza və digər yol hadisələrinin qarşısını ala biləcək.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər