Windows telefonların ən başından bəri xroniki problemi, telefonlarda istifadə edilən əməliyyatların sayında məhdudiyyətlər olub. Diqqət çəkici bir platforma ola bilməyən Windows 10 Mobilie indi də İnstagram-ı itirir.
Chip.az bildirir ki, İnstagram platformasından verilən rəsmi açıqlamaya görə, 30 aprel tarixindən sonra tətbiqi artıq istifadə olunmayacaq. Belə ki, hazırda Windows telefonlarda İnstagram tətbiqi açılarkən tətbiqin ay sonundan etibarən istifadə edilə bilinməyəcəyinə dair bir xəbərdarlıq mesajı çıxır. Daha sonra istifadəçilər rəsmi internet saytını istifadə etməyə istiqamətləndirilir. Lakin, bildiyiniz kimi, İnstagram-ın internet saytında bəzi xüsusiyyətlərdən istifadə etmək mümkün deyil. Həmçinin sayt üzərindən İnstagram istifadəçilərinə bildirişlər göndərilmir.

Yaxın tarixlərdə digər bir çox tətbiqlərin də platformadakı istifadəsi sonlandırılacaq. Yayımlanan digər məlumatlara görə, Windows 10 Mobile-nin bazar payı təxminən 0% təşkil edir ki, bu da çox insanın bundan təsirlənməyəcəyini göstərir.
Baba-zadə Sevinc