NASA-nın Mars helikopteri ilk uçuşunu müvəffəqiyyətlə tamamladı

  • 30 Mart 2019

Məlum olduğu kimi NASA uzun zamandır ki, Mars planetinin səthində və orbitində işlər görərək bu planeti kəşf etməyə çalışır. Marsa səyahətlər, koloniya qurma kimi istəklər və insan oğlunun dünyadan başqa bir planetdə də həyat sürmək istəməsi kimi səbəblər nəzərə alaraq NASA bu prosesi sürətləndirmək istəyir.

Chip.az bildirir ki, mövcud kəşf vasitələrinin yavaş olması səbəbiylə hərəkətə keçən NASA, Marsda sürətlə hərəkət edə biləcək bir vertolyot istehsal etdi. Bu vertolyot sayəsində daha sürətli kəşflər etmək mümkün olacaq. Yanvar ayının sonunda ortaya çıxan məlumatlarda istehsal edilən bu yüngül helikopterin ilk uçuşlarda uğurlu olduğu müşahidə olundu. Həmçinin "Marsda istifadəyə uyğundur." sertifikatı alması da an məsələsidir. Aparılan araşdırmalar nəticəsində Mars temperaturunun təxminən mənfi 90 selsi dərəcə olduğu və yer cazibəsinə nisbətdə xeyli aşağı olduğu (dünyadakı100kq kütlə Marsda 38kq çəkiyə malikdir) bilinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır