Ən çox oxunan xəbərlər!
Ümumi Xəbərlər !
Oppo Reno Antutu testindən keçdi: təqdimata sayılı günlər qalır
- 30 Mart 2019
Chip.az bildirir ki, TENAA göstəricilərindən sonra Oppo Reno, PCAM00 kodu ilə Antutu-dan da keçdi. Oppo Reno-nun standart versiyası Snapdragon 710 prosessoru 6 GB RAM, 256 GB daxili yaddaş və 2340 x 1080 pikselə malik bir ekranla gəlir. Cihaz Coloros interfeysi və Android 9 Pie variantına sahib olacaq. Həmçinin, Oppo Reno-nun Android Q yeniləməsi alması da mümkündür. Belə ki, cihaz Antutu testindən 167.000 xal aldı. Bu da orta səviyyəli bir telefon üçün olduqca qənaətbəxşdir.
Oppo Reno TENAA qeydlərində 8 GB RAM ilə qarşımıza çıxsa da Antutu-da 6 GB RAM ilə testdən keçdi. Bu da onu göstərir ki, orta səviyyəli bir telefon kimi qiymətləndirilən cihaz 8 GB RAM ilə gələrsə daha böyük göstərici əldə edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır