Cəsəddən götürülən nümunələrlə süni qan damarları yaratmaq mümkün oldu

  • 30 Mart 2019

Hazırda həkimlərin zədə görmüş qan damarlarını dəyişdirmək seçimləri olduqca məhdud və demək olar ki, heç biri ideal əməliyyatlar deyil. Bir donordan qan damarları alınır ancaq, xəstənin bədəni bu damarları qəbul etməyə bilər. İkinci variant olan sintetik damarlarda isə infeksion və iltihab riski var.

Chip.az bildirir ki, dörd il əvvəl bir qrup tədqiqatçı, bu problemi aradan qaldırmaq üçün klinikada sınaqlara başladılar. Qrupun apardığı sınaqlarda ölən donorlardan alınan hüceyrələrdən böyüyən süni qan damarları yaradıldı. O araşdırma nəhayət yekunlaşdı və elm adamları əldə etdikləri nəticələri bölüşdülər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır