Monoprix itən corab tayları problemini kökündən həll edir

  • 29 Mart 2019

Hər corab itəndə varlığına birazda əmin oldumuz “corab canavarı” axşam cüt qoyub, səhər 1 tayını tapa bilmədiyimiz corablarları oğurlaması artıq bizi məyus edə bilməyəcək.

Chip.az bildirir ki, Fransanın pərakəndə zəncirvarı satış şirkəti Monoprix, itən çorab tayları üçün səmərəli bir həll təklif edir. Monoprix, çorabın bir tayının itməsinə qarşı üçlü corab satışını reallaşdıracaq. Beləliklə, corabınızın birini itirərkən, heç bir əsəb keçirmədən əlavə olan tayı geyinib, həyatınıza davam edə bilərsiniz.

Monoprix-in üçlü çorabının reklamını sizə təqdim edirik:

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır