Ayrıca restorana malik Stadler vaqonları həmvətənlilərimizin istifadəsinə veriləcək

  • 29 Mart 2019

Chip.az Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə istinad edərək bildirir ki, 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Qatarın vaqonları İsveçrənin Stadler Rail Group şirkəti tərəfindən istehsal olunub. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1520 mm standartlı izdən və 1435 mm standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib.

Qeyd edək ki, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin Stadler Rail Group şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır