Huawei rəsmisi Huawei Mate 30-la bağlı açıqlama verdi

  • 28 Mart 2019

Chip.az bildirir ki, bu günlərdə Huawei-nin yeni smartfonları P30 və P30 Pro-nun təqdimatından sonra bu cihazlara olan maraq olduqca müsbətdir. Bunun ardınca Malayziyada mətbuat konfransı təşkil edən şirkətin rəsmisi Huawei Mate 30 üzərində işlərin sürətlə davam etdiyini açıqladı. Onun sözlərinə görə, cihaz sentyabr və ya oktyabr aylarında istehlakçılara təqdim olunacaq.

Bu günəqədər yayımlanan məlumatlara görə, Huawei Mate 30 20% daha yüksək tranzistor sıxlığı təmin edən ilk 7nm EUV prosessoru olacaq Kirin 985 ilə təchiz olunacaq.  Kirin 985 eyni Kirin 980 kimi CPU və GPU arxitekturasını özündə birləşdirsə də daha yüksək performans və tezlik təmin edəcək. Smartfonun 5G modemə sahib olması gözlənilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır