Google tərəfindən bağlanan layihələrin rəqəmsal qəbiristanlığı: Killed by Google

  • 28 Mart 2019

Chip.az bildirir ki, Google tərəfindən fəaliyyəti sonlandırılan layihələr "Killed by Google" (Google tərəfindən öldürüldü) saytında yer alır.

Belə ki, developer Cody Ogden Google tərəfindən bağlanan layihələrin sözdə rəqəmsal qəbiristanlığını yaradıb. Google tərəfindən sonlandırılan layihələrin yer aldığı “Google qəbiristanlığı” kimi qiymətləndirilən sayt - Killed by Google istifadəsi sonlandırılan Google tətbiqlərinin xatirəsini əks etdirən bir saytdır. Qeyd edək ki, sayt uzun müddətdir ki, fəalliyət göstərir və Inbox-un da bağlanması ilə yenidən gündəmə gəlib.

Inbox by Gmail, Google + 5 gün sonra , Google URL Shortener 1 gün sonra, Google Fusion Tables 8 ay sonra bağlanacaq və tarixə qovuşacaq layihələrdən bir neçəsidir. Lakin bunlar nə ilk ,nə də son bağlanan layihələrdir.

Bu saytda Google-ə məxsus 150 məhsul yer alır.Onlardan 127-i xidmət, qalan 23-ü isə proqramlardır.

Google layihələrinin fəaliyyaət tarixçəsi və yaxın zamanlarda bağlanacaq layihələrin hansılar olduğu ilə maraqlanmaq istəyirsinizsə bura  daxil ola bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır